Almaniya 2-ci Bundesliqasında 16-cı turun oyunları keçirilib.
Sport7.az xəbər verir ki, milimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge” klubu da növbəti matçına çıxıb. Səfərdə "Hannover”lə qarşılaşan futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.
Start heyətdə meydana çıxan millimizin futbolçusu 85-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 6 qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.
16 turdan sonra 23 xala malik "Ersgebirge” 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Sport7.az