Nazarovun komandasından uğurlu başlanğıc

Nazarovun komandasından uğurlu başlanğıc

Yığmamızın futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ertsgebirge" Almaniyanın 2-ci Bundesliqasında 2020/2021 mövsümünə qələbə ilə start verib.

Sport7.az xəbər verir ki, Aue təmsilçisi ilk turda səfərdə "Vürtsburger Kikers"in qonağı olub. Nazarovun komandası bu görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edib. Matça start heyətində başlayan Nazarov 75-ci dəqiqədə əvəzlənib.

Qonaqların heyətində qolları Con-Patrik Ştraus (60-cı dəqiqə), Paskal Testroet (63) və Tom Baumqart (90) vurublar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR