Nazim Süleymanov: “AFFA “Altus”u “alt-üst” etdi

Nazim Süleymanov: “AFFA “Altus”u “alt-üst” etdi"

Bu gün Bakıda yerləşən "Altus” otelində AFFA Həmkarlar İttifaqının toplantısı keçirilməliydi. Saat 14:00-a təyin olunan tədbirdə futbol veteranları və mütəxəssisləri adından ölkə başçısı cənab İlham Əliyevə də müraciət açıqlanacaqdı.

Sport7.az xəbər verir ki, son anda "Altus” otelinin rəhbərliyi Həmkarlar İttifaqını toplantısına ev sahibliyi etməkdən boyun qaçırıb. Onlar bildiriblər ki, oteli su basıb və toplantı keçirmək üçün şərait yoxdu.

Hazırda "Altus”un qarşısında olan əməkdaşımıza açıqlamasında Nazim Süleymanov toplantı üçün üç gün öncədən razılıq əldə olunduğunu və otelə "beh" də ödənildiyini bildirib.

AFFA Həmkarlar İttifaqının rəhbəri sözlərinə onu da əlavə edib: "AFFA "Altus”u alt-üst etdi”.

Hadisələrin gedişatını izləyirik.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR