Nazim Süleymanov “Əfsanələrin oyunu”nda - FOTO

Nazim Süleymanov “Əfsanələrin oyunu”nda - FOTO
Vladiqafqazda "Əfsanələrin oyunu” adlı dostluq görüşü keçirilib.

Sport7.az xəbər verir ki, Azərbaycan futbolunun ən parlaq simalarından olan Nazim Süleymanovun da çıxış etdiyi matçda "Alaniya”nın çempion olmuş komandası ilə Osetiya yığması üz-üzə gəlib.

"Spartak” stadionunun dolu tribunaları önündə keçirilən qarşılaşma 5:5 hesabı ilə yekunlaşıb. Süleymanov bu matçda qol vurmasa da, onun gənc yaşlarındakı kimi driblinqlər etməsi azarkeşlərin alqışları ilə qarşılanıb.
 

 
Sport7.az

Xəbər lenti