Nazim Süleymanov "Sumqayıt"da

Nazim Süleymanov
"Sumqayıt"ın yeni baş məşqçisinin adıma aydınlıq gəlib.
 
Sport7.az xəbər verir ki, bundan sonra komandanı meydana Nazim Süleymanov çıxaracaq. 53 yaşlı mütəxəssislə aparılan danışıqlar müsbət yekunlaşıb və anlaşma əldə olunub. Klubdan məsələ ilə bağlı yaxın vaxtlarda rəsmi məlumat gözlənilir. 

Süleymanov məhz Sumqayıtda dünyaya gəlib və futbolda ilk addımlarını bu şəhərdə atıb. Son olaraq U-19 yığmamızda baş məşqçi kimi çalışmış təcrübəli mütəxəssis buna qədər "Xəzər Lənkəran"ı, AZAL-ı və "Neftçi"də də eyni vəzifədə işləyib.
 
O, müxtəlif vaxtlarda 2 dəfə rəhbərlik etdiyi Lənkəran klubunun ilk baş məşqçisi kimi tarixə düşüb.

"Sumqayıt"ın baş məşqçi postu son turda istefa verən Samir Abasovun gedişindən sonra boş idi. 
 
Sport7.az

Xəbər lenti