Nazim Süleymanov toplanış keçirdi, idarə heyətində dəyişiklik oldu

Nazim Süleymanov toplanış keçirdi, idarə heyətində dəyişiklik oldu

AFFA Futbol İctimaiyyətinin Həmkarlar Təşkilatının idarə heyəti növbəti toplanışını keçirib.

Sport7.az xəbər verir ki toplantıya Nazim Süleymanov sədrlik edib.

İclasda idarə heyətinin üzvlərindən Səmədağa Şıxlarov, Novruz Əzimov, Babək Alxasov, Əfqan Talıbov, Orucəli Durmuşov, İman Həsənov, Ramil Babayev və Anar Xanlarov iştirak ediblər.
 
İlk öncə heyətlə bağlı məsələyə baxılıb. Əhmədağa Cabbarov başqa bir həmkarlar təşkilatına üzv olduğundan onun Təftiş Komissiyasında təmsil olunması düzgün hesab edilməyib. Çünki qanuna görə bir şəxs eyni anda iki həmkarlar təşkilatına üzv ola bilməz. Cabbarovun əvəzinə Əfqan Həmzəyevin namizədliyi irəli sürülüb və komissiyaya yeni üzv seçilməsi təsdiqlənib.

Daha sonra təşkilatın gələcək planları və atılacaq addımlar müzakirə olunub. Bunların arasında təşkilatın daimi məkan seçimi, media və ictimaiyyətlə iş prinsipləri, eləcə də bir sıra ictimai görüşlərinin proqramı müzakirə olunub.
 
İdarə heyəti sentyabrın sonuna kimi daha bir toplantı keçirməyə qərar verib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR