Nazir müavini:

Nazir müavini: "Kişilərin komanda hesabında 5-ci, qadınlarda 7-ci olmaq böyük uğurdur"

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov mançesterdəki dünya çempionatından qayıdan taekvondoçularla görüşdə onların çıxışı haqda danışıb.
 
Sport7.az xəbər verir ki, nazir müavini bunları söyləyib: "154 ölkə arasında kişilərin komanda hesabında 5-ci, qadınlarda 7-ci olmaq böyük uğurdur. Azərbaycan yeganə ölkədir ki, idman dövlət səviyyəsində qayğısı göstərir və bu gün də idmançılarımız dövlət başçısının etimadını doğruldur. İnkişafda olan idman növlərindən bir də taekvondodur. Bu idman növündə Olimpiya, dünya çempionlarımız var və bu da göstərir ki, onlar düz yoldadır".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR