Nazir müjdə verdi – yeni Dövlət Proqramı qəbul olunacaq

Nazir müjdə verdi – yeni Dövlət Proqramı qəbul olunacaq
Futbolun inkişafına dair yeni Dövlət Proqramı qəbul olunacaq.

Sport7.azxəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı Milli Olimpiya Komitəsinin prezidenti, ölkə başçısı İlham Əliyevlə müzakirələr aparılıb. Prezident də bu proqramın qəbul olunmasına razılığını bildirib.

Yeni Dövlət Proqramının 2018 və ya 2019-cu ildə qəbul olunması gözlənilir. Proqram növbəti beş ilə şamil olunacaq.

Xatırladaq ki, futbolun inkişafına dair ilk Dövlət Proqramı 2005-2015-ci illəri əhatə edib.

Sport7.az
 

Xəbər lenti