NBA 30 ilik sponsoru ilə əməkdaşlığa son qoydu

NBA 30 ilik sponsoru ilə əməkdaşlığa son qoydu

Dünyanın ən prestijli basketbol təşkilatı NBA. 30 ilə yaxındı istifadə etdiyi topların sponsoru olan "Spaldinq"lə yolları ayırır.
 
Sport7.az xəbər verir ki, "Spaldinq" topları 1983-cü ildən bəri NBA-nın oyunlarında istifadə olunurdu. Məşhur idman malları şirkəti NBA üçün xüsusi toplar istehsal edirdi. 
 
Sözügedən sponsoru başqa bir şirkətin əvəzləyəcəyi də artıq müəyyənləşib. Bundan sonra, daha doğrusu 2021/2022 mövsümündən etibarən NBA üçün topları Çikaqo mənşəli "Wilson Basketball" şirkəti istehsal edəcək. Ancaq sözügedən şirkət dünyanın ən böyük basketbol təşkilatı üçün heç də yeni sayılmır. Belə ki, "Wilson Basketball" 1946 və 1983-cü illər aralığında, yəni 37 il boyunca NBA-nın top sponsoru olmuşdu. Firma təkcə NBA deyil, "WNBA", "G-League" və NBA 2K Liqaları üçün də toplar hazırlayacaq.
 
2021/22 mövsümündə keçiriləcək ilk matç eyni zamanda NBA-nın 75 illiyinə təsadüf edəcək. Tarixdəki ilk NBA topunun da istehsalçısı olan "Wilson Basketball", bununla da 75-ci il dönümündə sponsor kimi geri dönəcək. 
 
"Spaldinq"lə əməkdaşlığın bitirilməsi isə sürpriz kimi qiymətləndirilir. Tarixdəki ilk basketbol topunu istehsal etmiş şirkət, bunu 1894-cü ildə həyata keçirmişdi. "Spaldinq" eyni zamanda 2009-cu ildən bəri NBA-nın kompaniyasının da sponsoru idi. 
 
"Spaldinq"in 2006-cı ildə dəri toplardan sintetik toplara keçməsi NBA üçün narahatlıq kimi qiymətləndirilmişdi. Xüsusən də basketbolçular dəyişikliklərdən sonra məmnun olmadıqlarını dilə gətirmişdilər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR