NBA-da

NBA-da "ayın oyunçuları" müəyyənləşdi (FOTO)

NBA-da "ayın oyunçuları"nın adları açıqlanıb. Müntəzəm çempionatın sonluğu aprelin əvvəllərinə təsadüf etdiyindən, bu ayın ilk 10 günlüyü də mart ilə birlikdə nəzərə alınıb.

Şərq konfransında "Miluoki"nin forvardı Yannis Adetokumbo, Qərbdə isə "Hyuston"un qardı Ceyms Harden qalib olublar.

Adetokumbo sözügedən periodda 30,0 xal, 12,2 ribaund, 5,8 assist v 1,8 blok ortalamaları ilə oynayıb. Hardenin göstəriciləri isə belədi: 34,8 xal, 6,9 ribaund və 7,1 assist.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR