NBA-da həftənin oyunçuları - Harden və Siakam

NBA-da həftənin oyunçuları - Harden və Siakam

NBA-da "həftənin oyunçuları" müəyyənləşib.

Şərq konfransında Paskal Siakam ("Toronto"), Qərbdə isə Ceyms Harden ("Hyuston") qalib olub.

Siakam ötən həftə ardıcıl üç matçda dabl-dabl etmişdi. Kamerunlu basketbolçu sözügedən seqmentdə 30,3 xal, 11,3 ribaund, 4,3 assist, 1 blok və 1 top oğurlama statistikaları ilə yadda qalıb.

Hardenin ortalama göstəriciləri isə belədi: 40,7 xal, 9,3 assist və 8 ribaund. Mövsümün ilk 9 matçında 334 xal toplayan ulduz basketbolçu bu göstərici üzrə NBA tarixində 7-cidi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR