NBA-da mövsüm təxirə salındı

NBA-da mövsüm təxirə salındı

Amerika Milli Basketbol Assosiasiyası (NBA) koronavirusa görə bütün qarşılaşmaları qeyri-müəyyən vaxta qədər təxirə salıb. 

Sport7.az xəbər verir ki, bu haqda yarışın rəsmi saytında məlumat yerləşdirilib. Məlumata görə "Yuta Caz"ın oyunçularından birində virus aşkarlanıb. Testin nəticəsi "Oklahoma Siti" ilə görüşündən əvvəl bəlli olub. NBA daha sonra bütün oyunların təxirə salınması ilə bağlı qərar qəbul edib. 

ABŞ-da 1339 nəfər koronavirusa yoluxub, 39 nəfər isə dünyasını dəyişib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR