NBA-da mövsümün

NBA-da mövsümün "ən yaxşılar"ı bəlli oldu (FOTOLAR)

NBA-da 2018-19 mövsümü üzrə müntəzəm çempionatın nəticələrinə əsasən, fərdi mükafatlar sahiblərini tapıb.

"Miluoki"nin çalışdırıcısı Mayk Budenholtser "ən yaxşı məşqçi" seçilib. Onun rəhbərliyi altında müntəzəm çempionatı 60 qələbə ilə lider kimi tamamlayan "Baks" Şərq konfransının finalına qədər irəliləyə bilmişdi.

"Yuta"nın mərkəz oyunçusu Rudi Qober "mövsümün müdafiəçisi" mükafatına layiq görülüb. Fransız ikinci dəfədi ki, analoji uğura imza atır.

"Klippers"in qardı Lu Vilyams "mövsümün ən yaxşı 6-cı oyunçusu", "Toronto"nun forvardı Paskal Siakam isə "mövsümün ən çox inkişaf edən oyunçusu" seçilib.
 





Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR