NBA-da Pol Corcun gecəsi, Texasda sevinən tərəf

NBA-da Pol Corcun gecəsi, Texasda sevinən tərəf "Hyuston" - Nəticələr

Milli Basketbol Asssosasiyasının müntəzəm çempionatında növbəti görüşlər keçirilib.

Sport7.az-ın məlumatına görə, gecənin mərkəzi oyununda "Oklahoma Siti" "Portlend"lə qarşılaşıb. 47 xal, 12 ribaund, 10 assistlik performansı ilə görüşə damğa vuran Pol Corc "Tander"in qələbəsində böyük pay sahibi olub. Onunla yanaşı, komanda yoldaşı Rassell Uestbruk da tripl-dabllla yadda qalıb: 21 xal, 14 ribaund, 11 assist. Corc və Uestrbuk eyni matçda tripl-dabl edən 9-cu ikili kimi NBA tarixinə adlarını yazdırıblar.

Bir digər maraqla gözlənilən görüşdə - Texas qarşıdurmasında "Hyuston Rokets" "Dallas Maveriks"i üstələyib.


Ümumi nəticələr:

"Detroyt Pistons" - "Vaşinqton Uizards" - 121:112

"İndiana Peysers" - "Şarlott Hornets" - 99:90

"Klivlend Kavalyers" - "Nyu-York Niks" - 107:104

"Toronto Reptors" - "Bruklin Nets" - 127:125

"Minnesota Timbervulvz" - "Los-Anceles Klippers" - 130:120

"Oklahoma Siti Tander" - "Portlend Treyl Bleyzers" - 120:111

"Hyuston Rokets" - "Dallas Maveriks" - 120:104

"Çikaqo Bullz" - "Miluoki Baks" - 99:112

"Denver Naqqets" - "Mayami Hit" - 103:87

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR