NBA-da rekord - 19 dəqiqəyə 33 xal

NBA-da rekord - 19 dəqiqəyə 33 xal

Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Boston"un oyunçusu Ceylen Braun yeni rekorda imza atıb.

Sport7.az xəbər verir ki, bu haqda yarışın rəsmi tvitter səhifəsində məlumat yerləşdirilib. 24 yaşlı hücumçu bunu "Klivlend"lə matçda gerçəkləşdirib. Braun 19 dəqiqə ərzində 33 xal toplayıb. Bu, 1954/1955 mövsümündə rəqəmsal vaxt sayğacının tətbiq olunmasından sonra NBA-da 20 dəqiqə ərzindəki ən yaxşı göstəricidir

Qarşılaşma "Boston"un 141:103 hesablı qələbəsi ilə başa çatıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR