NBA draftı təxirə salındı

NBA draftı təxirə salındı

NBA-nın İdarəetmə Şurası 2020-ci il draftı ilə bağlı qərarını verib.

Sport7.az ESPN-in insayderi Edrian Voynarovskiyə istinadən xəbər verir ki, NBA draftı koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Draft rəsmi olaraq iyunun 25-də Çikaqoda keçirilməli idi. Mərasimin avqust və ya sentyabr aylarında baş tutacağı gözlənilir.

Qeyd edək ki, NBA-da mövsüm mart ayında, "Yuta"nın basketbolçusu Rudi Qoberdə koronavirus aşkarlandıqdan sonra dayandırılıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR