NBA:

NBA: "İndiana" "Oklahoma"nı, "Toronto" "Leykers"i məğlub etdi

Milli Basketbol Assosasiyasının (NBA) müntəzəm çempionatında növbəti görüşlər keçirilib.

Gecənin mərkəzi oyununda "İndiana" və "Oklahoma Siti" üz-üzə gəlib. Matçın gedişində 19 xallıq geriliyi aradan qaldıran "Peysers" Uesli Mettyuzun son saniyədə atdığı basket sayəsində qələbə qazana bilib. Domantas Sabonis 26 xalla "İndiana" adına qalibiyyətdə böyük pay sahibi olub. "Tander"in heyətində Pol Corcun 36 xallıq performansı, Rassell Uestrbuk isə tripl-dablı (19 xal, 14 ribaund, 11 assist) yetərli olmayıb.

"Toronto" başdan-sona üstün oynadığı qarşılaşmada "Leykers"ə qalib gəlib. Kavay Leonard 25 xalla komandasının ən məhsuldar ismi olub. "Leykers"in heyətində Lebron Ceyms 29 xalla oynayıb.


NBA-da gecənin nəticələri:

"İndiana Peysers" - "Oklahoma Siti Tander" - 108:106

"Orlando Məcik" - "Klivlend Kavalyers" - 120:91

"Boston Seltiks" - "Sakramento Kinqz" - 126:120

"Toronto Reptors" - "Los Anceles Leykers" - 111:98

"Yuta Caz" - "Minnesota Timbervulvz" - 120:100

"Denver Naqqets" - "Dallas Maveriks" - 100:99


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR