NBA:

NBA: "Qolden Steyt" "Hyuston"u məğlub etdi, "Mayami" "Detroyt"a qalib gəldi

Milli Basketbol Assosasiyasının (NBA) müntəzəm çempionatında növbəti görüşlər keçirilib.

Gecənin mərkəzi matçı "Hyuston" və "Qolden Steyt" arasında oynanılıb. Kley Tompson (30 xal, 6 ribaund, 2 assist) və DeMarkus Kazınsın (27 xal, 8 ribaund, 7 assist) ön plana çıxdığı görüş "Uorriorz"un 106:104 hesablı qələbəsi ilə yekunlaşıb. "Rokets"in heyətində Ceyms Harden 29 xal, 10 assistlə dabl-dabl edib.

Bir digər maraqla gözlənilən oyunda Şərq konfransında pley-offa vəsiqə uğrunda mübarizə aparan "Mayami" və "Detroyt" üz-üzə gəlib. İkinci yarıya 21:0 hesablı seriya ilə başlayan "Hit" qarşılaşmadan qalib ayrılıb. Castis Uinslou 16 xalla matçın ən məhsuldar ismi olub.


NBA-da gecənin nəticələri:

"Vaşinqton Uizards" - "Orlando Məcik" - 100:90

"Oklahoma Siti Tander" - "Bruklin Nets" - 108:96

"Atlanta Hoks" - "Memfis Qrizzlis" - 132:111

"Mayami Hit" - "Detroyt Pistons" - 108:74

"Hyuston Rokets" - "Qolden Steyt Uorriorz" - 104:106

"Finiks Sans" - "Yuta Caz" - 97:114


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR