NBA:

NBA: "Toronto" çempion oldu, Lenard MVP seçildi (FOTO)

NBA-da final seriyasının 6-cı oyunu keçirilib.

"Qolden Steyt" "Toronto"nu qəbul edib. Liderliyin tez-tez tərəf dəyişdirdiyi matçın qalibini kiçik detallar müəyyənləşdirib. Xüsusilə də Kley Tompsonun üçüncü periodun sonlarında zədələnərək meydanı tərk etməsi həlledici faktor olub. Yekunda son dəqiqələri daha yaxşı keçirən "Toronto" "Qolden Steyt"i 114:110 hesabı ilə məğlub edərək final seriyasını 4:2 öndə bitirib və tarixində ilk dəfə NBA-nın qalibi adını qazanıb.

Oyunu yarımçıq dayandırmasına baxmayaraq, Kley Tompson 30 xalla qarşılaşmanın ən məhsuldarı olub. Kayl Lovri 26 xal, 10 assistlə, Paskal Siakam isə 26 xal, 10 ribaundla "Rəptors"un qələbəsində əsas pay sahibi olublar. Dreymond Qrin 11 xal, 19 ribaund, 13 assistlə tripl-dablını rəsmiləşdirib.


NBA

Final seriyası (6-cı oyun)

"Qolden Steyt Vorriorz" - "Toronto Rəptors" - 110:114

Seriyada hesab - 2:4


"Toronto"nun forvardı Kavay Lenard final seriyasının "ən dəyərli oyunçusu" (MVP) mükafatına layiq görülüb.

NBA tarixində iki müxtəlif klubun heyətində final seriyasının MVP-si seçilən sadəcə iki basketbolçu var idi: Kərim Əbdül-Cabbar ("Miluoki", "Leykers") və Lebron Ceyms ("Mayami", "Klivlend"). Bu siyahıya Kavay Lenardın adı da əlavə olunub.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR