NBA:

NBA: "Toronto" çempionluğun bir addımlığında

NBA-nın final seriyasında dördüncü görüş keçirilib.

"Qolden Steyt" "Toronto"nu qəbul edib. Ev sahibləri ilk yarını 4 xal öndə bitirsələr də, üçüncü periodun ortalarından etibarən "Toronto" üstünlüyü ələ almağa başlayıb. Getdikcə fərqi böyüdən "Rəptors" oyundan 105:92 hesabı ilə qalib ayrılaraq, seriyada üçüncü qələbəsini qazanıb. Kanada təmsilçisi daha bir qalibiyyət əldə edəcəyi təqdirdə NBA çempionluğunu rəsmiləşdirəcək.

36 xal, 12 ribaundla dabl-dabl edən Kavay Lenard qarşılaşmanın ən məhsuldarı olub. "Qolden Steyt"in heyətində Kley Tompson 28, Stefen Körri isə 27 xalla matçı tamamlayıb.


NBA

Final seriyası

Dördüncü oyun

"Qolden Steyt Vorriorz" - "Toronto Rəptors" - 92:105

Seriyada hesab - 1:3


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR