NBA:

NBA: "Toronto" final seriyasında önə keçdi (VİDEO)

NBA-da final seriyasının üçüncü görüşü keçirilib.

"Qolden Steyt" "Toronto"nu qəbul edib. İlk perioddan etibarən xal fərqini böyüdən "Rəptors" sona qədər üstünlüyü əldən verməyib. Dyurent, Luni və Tompson kimi önəmli oyunçulardan məhrum olan "Vorriorz" qarşısında çətinlik çəkmədən qələbə qazanan "Toronto" seriyada önə keçib.

Stefen Körri 47 xalla qarşılaşmanın ən məhsuldarı olub. "Toronto"nun heyətində Kavay Lenard 30 xalla qələbədə əsas pay sahibi olub.


NBA

Final seriyası

Üçüncü görüş

"Qolden Steyt Vorriorz" - "Toronto Rəptors" - 109:123

Seriyada hesab - 1:2


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR