NBA

NBA "Ulduzlar oyunu": Ehtiyat oyunçuların adları açıqlandı

NBA "Ulduzlar oyunu"nun ehtiyat oyunçularının adları məlum olub.

Şərq konfransını Cimmi Batler ("Mayami"), Kayl Lauri ("Toronto"), Ben Simmons ("Filadelfiya"), Kris Middlton ("Miluoki"), Ceyson Teytum ("Boston"), Bem Adebayo ("Mayam") və Domantas Sabonis ("İndiana") təmsil edəcəklər.

Qərb konfransının əvəzedicilərinin siyahısı isə belədi: Kris Pol ("Oklahoma"), Rassell Vestbruk ("Hyuston"), Demian Lillard ("Portlend"), Donovan Mitçell ("Yuta"), Brendon İnqrem ("Nyu-Orlean"), Nikola Yokiç ("Denver") və Rudi Qober ("Yuta").

"Ulduzlar oyunu" 16 fevralda Çikaqoda keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR