NBA

NBA "Ulduzlar oyunu": Komandaların yekun heyətləri müəyyənləşdi

Kapitanlar - Lebron Ceyms ("Leykers") və Yannnis Adetokumbo ("Miluoki") arasında NBA "Ulduzlar oyunu"nun draftı keçirilib.

Ceyms 1-ci sıradan komanda yoldaşı Entoni Deyvisi, Adetokumbo isə 2-ci sıradan Coel Embiidi ("Filadelfiya) seçib.

Lebronun komandası: Entoni Deyvis (1), Kavay Lenard (3), Luka Donçiç (5), Ceyms Harden (7), Demian Lillard (10), Ben Simmons (12), Nikola Yokiç (14), Ceyson Teytum (16), Kris Pol (18), Rassell Vestbruk (20), Domantas Sabonis (22).

Yannisin komandası: Coel Embiid (2), Paskal Siakam (4), Kemba Voker (6), Trey Yanq (8), Kris Middlton (9), Bem Adebayo (11), Rudi Qober (13), Cimmi Batler (15), Kayl Lauri (17), Brendon İnqrem (19), Donovan Mitçell (21).

NBA "Ulduzlar oyunu" fevralın 16-da Çikaqoda keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR