NBA

NBA "Ulduzlar oyunu"nun start heyətləri açıqlandı (FOTO)

NBA "Ulduzlar oyunu"nun start heyətləri məlum olub.

Şərq konfransının heyətində Trey Yanq ("Atlanta"), Kemba Voker ("Boston"),  Paskal Siakam ("Toronto"), Yannis Adetokumbo ("Miluoki") və Coel Embiid ("Filadelfiya") yer alacaq. Komandanın kapitanı Adetokumbo olacaq.

Qərbin "ilk beşliy"i isə belədi: Luka Donçiç ("Dallas"), Ceyms Harden ("Hyuston"), Lebron Ceyms ("Leykers"), Kavay Lenard ("Klippers") və Entoni Deyvis ("Leykers"). Komandanın kapitanı Lebron Ceymsdi.

Trey Yanq, Paskal Siakam və Luka Donçiç "Ulduzlar oyunu"nda debüt edəcəklər.

NBA "Ulduzlar həftəsi" 14-16 fevral tarixləri aralığında Çikaqoda keçiriləcək.
 



Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR