NBA: Yannis Adetokumbo MVP seçildi (VİDEO)

NBA: Yannis Adetokumbo MVP seçildi (VİDEO)

NBA-da 2018-19 mövsümü üzrə müntəzəm çempionatın "ən dəyərli oyunçusu"nun kimliyinə aydınlıq gəlib.

"Miluoki"nin forvardı Yannis Adetokumbo MVP seçilib. Yunanıstanlı basketbolçu müntəzəm çempionatın gedişində 27,7 xal, 12,5 ribaund, 5,9 assist, 1,3 top oğurlama və 1,5 blok ortalamaları ilə yadda qalmışdı.
 
Yannis Adetokumbo çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Yannislə yanaşı, Pol Corc ("Oklahoma") və Ceyms Harden ("Hyuston") də mükafata namizəd idilər.


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR