Nə Messi, nə də Ronaldo - Ən zəngin futbolçu bu uşaqdı!

Nə Messi, nə də Ronaldo - Ən zəngin futbolçu bu uşaqdı!
Dünya futbolunun hal-hazırkı ən böyük ulduzları olan Lionel Messi ilə Kristiano Ronaldo, heç şübhəsiz böyük sərvətə sahibdilər.
 
Sport7.az xəbər verir ki, buna baxmayaraq dünyanın ən zəngin futbolçusu nə Messi nə də Ronaldodu. Bu isim "Lester"in ehtiyak komandasında forma geyən Faiq Bolkiahdı.
 
Bruney sultanı Hassanal Bolkiahın qardaşı oğlu olan Faiq hələ 19 yaşında olmasına rəğmən tam 20 milyard dollarlıq sərvətilə dünyanın ən zəngin futbolçusu ünvanına sahibdi. 
 
ABŞ-ın Los Anceles şəhərində dünyaya göz açan Faiq Bolkiah, "FourFourTwo" jurnalına verdiyi müsahibədə "Özümü bildiyimdən bəri futbol oynayıram və bu idmandan həmişə zövq almışam" sözlərini söyləyib.

Gənc futbolçunun atası Cefrinin şəxsən 2 min 300 avtomobili olduğu və 50 yaşını qeyd etmək üçün Maykl Ceksonu dəvət edib ona 17 milyon dollar verdiyi də bildirilir.
 
Sport7.az

Xəbər lenti