Nəbiyev Çexiyada qol hesabını açdı

Nəbiyev Çexiyada qol hesabını açdı

Çexiyanın futbol üzrə gənclər liqasında 2-ci turun oyunları keçirilib.
 
Sport7.az xəbər verir ki, U-21 millimizin üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya” da növbəti matçına çıxıb. Doğma meydanda "Loko Vltavin”lə üz-üzə gələn futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.

Nəbiyev start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib. Komandasının sonuncu qolunu da 58-ci dəqiqədə Nəbiyev vurub. Bu, onun yeni mövsümdəki ilk qoludu.
 
"Slaviya”nın U-21 komandası hazırda 6 xalla 1-ci pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR