Nəbiyev məğlubiyyətə üzüldü

Nəbiyev məğlubiyyətə üzüldü

Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya” Çexiyanın gənclər liqasında növbəti oyununu keçirib.

Sport7.az xəbər verir ki, sözügedən komanda 9-cu tur çərçivəsində səfərdə "Motorlet”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Fərid start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Cari mövsümdə 5 qol vuran futbolçumuz bu oyunda fərqlənə bilməyib.

"Slaviya”nın U-21 komandası 9 turdan sonra 15 xalla 5-ci pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR