Nəbiyev "Sumqayıt"da

Nəbiyev
2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” daha bir futbolçu ilə müqavilə imzalayıb.
 
Sport7.az xəbər verir ki, sumqayıtlılar "Qəbələ”nin üzvü Yusif Nəbiyevi bir illik icarəyə götürüb. 

Nəbiyev 2016/2017 mövsümündə də "Sumqayıt”ın şərəfini qoruyub. 20 yaşlı cinah müdafiəçisi 19 oyunda (1268 dəqiqə) 3 qola imza atıb.
 
Sport7.az

Xəbər lenti