"Neftçi" 5 futbolçu ilə yollarını ayırdı

"Neftçi” PFK futbolçular – Rəşad Sadiqov, İqnasio Errera, Derlis Meza Kolli və Elnur Cəfərov ilə müqaviləni yeniləməyib.
 
Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
İlkin Qırtımovla müqaviləyə isə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, ötən mövsüm İqnasio Errera 33 (8 qol), Derlis Meza Kolli 30 (1 qol), Rəşad Sadiqov 24 (1 qol), Elnur Cəfərov 9, İlkin Qırtımov isə 8 oyunda meydana çıxıb.
 
Sport7.az

Xəbər lenti