"Neftçi" Azərbaycanın aktivinə neçə xal yazdırdı? (REYTİNQ)

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA yeni reytinq cədvəlini açıqlayıb.
 
Sport7.az xəbər verir ki, "Neftçi" klubu UEFA reytinqində Azərbaycanın aktivinə növbəti xalını yazdırıb.

İsrail "Bney Yehuda"sı ilə 2:2 hesablı heç-heçə ölkə reytinqinə 0,125 xal gətirib. Bununla da Azərbaycanın xalları 17,500-ə çatıb.

Lakin reytinq siyahısında irəliləmək mümkün olmayıb. Daha irəli pillələrdəki ölkələrdən İsrailin 19,125 xalla 23-cü, Belarus 18,375 xalla 24-cü, Qazaxıstan 18,250 xalla 25-cidir.

Qeyd edək ki, daha əvvəl "Qarabağ" Kiprdə APOEL üzərində 2:1 hesablı qələbə sayəsində Azərbaycana 0,250 xal qazandırıb. Bu mövsüm əldə olunmuş 2,125 xalın 1,125-i (4 qələbə, 1 heç-heçə) "Neftçi"yə, 1,000-ı (3 qələbə, 2 heç-heçə) isə "Qarabağ"a məxsusdur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR