"Neftçi" başladı

"Neftçi” PFK 2018/2019 mövsümü üçün təlim-məşq toplanışının ilk hissəsinə start verib.
 
Sport7.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün bazada məşq edib. Əsasən fiziki və toplu çalışmalardan ibarət olan hazırlıq prosesində Dario Frederiko və Baqali Dabodan başqa bütün futbolçular iştirak ediblər.
 
Frederiko iyunun 19-dan, Dabo isə sabahdan etibarən məşqlərə qoşulacaq.
 
Sport7.az

Xəbər lenti