"Neftçi" birinci divizion klubu ilə "sülh" bağladı

"Neftçi”nin əvəzediciləri yeni mövsümə hazırlığı davam etdirir.
 
Sport7.az xəbər verir ki, gündə bir dəfə "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edən komanda dünən həmin məkanda yoxlama oyunu keçirib. MOİK ilə görüşdə hesab açılmayıb – 0:0.

Mahmud Qurbanovun komandası növbəti yoxlama oyununu avqustun 12-də U-19 komandamıza qarşı keçirəcək. "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq görüş saat 18:00-da start götürəcək.
 
Sport7.az

Xəbər lenti