“Neftçi” Elxan Abdullayevin təqdimat mərasimini keçirdi - FOTOLAR, VİDEO

“Neftçi” Elxan Abdullayevin təqdimat mərasimini keçirdi - FOTOLAR, VİDEO
"Qəbələ”yə biabrçı məğlubiyyətdən sonra "Neftçi”də xeyli dəyişiklikılər edildi ki, bunlardan biri də Elxan Abdullayevin baş məşqçi postuna gətirilməsi oldu. 

Sport7.az xəbər verir ki, bu gün Abdullayev komandaya təqdim olunub. Təqdimat mərasimində "Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev, klub komandalarının baş administratoru İslam Abbasov və icraçı direktor Elnur Eyvazov iştirak ediblər. Görüşdən sonra komanda Elxan Abdullayevin rəhbərliyi altında ilk məşqinə çıxıb. Qeyd edək ki, artıq Elxan bəyin köməkçilərinin adına da aydınlıq gəlib. Bunlar tanınmış veteran futbolçumuz İqor Getman və qapçılarla işləyən məşqçi Dmitri Kramarenkodu. Qeyd edək ki, Kramarenko daha öncədən də "Neftçi”də eyni vəzifəni yerinə yetirirdi.

İlk məşqdən fotoları və videonu təqdim edirik:










































Sport7.az

Xəbər lenti