“Neftçi” ərizəsini geri götürdü

“Neftçi” ərizəsini geri götürdü

Xəbər verdiyimiz kimi, "Neftçi” tərəfindən klubun keçmiş əməkdaşı olan İT üzrə mütəxəssis Kamran Abdullayev haqqında Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ünvalanıb.

Sport7.az xəbər verir ki, buna Kamran Abdullayevin işdən çıxdıqdan sonra, klubun veb səhifəsinin əsas idarəetmə panelininin login parol və müştərini panelini təhvil verməməsi səbəb olub.

Bununla əlaqədar klub tərəfindən ona bir neçə dəfə müraciət edilsə də, idarəetmə panelinin məlumatlarını verməkdən imtina edib və məsələnin hüquqi müstəvidə həlli ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Tərəflər arasında yaranmış problem artıq öz həllini tapıb. Belə ki, "Neftçi” hüquq-mühafizə orqanlarına müraciətini geri götürərək, həmin keçmiş əməkdaşla birbaşa danışıqlara başlaması nəticəsində məsələ öz həllini tapıb və tərəflərin artıq bir-birinə aid olan heç bir irad və yaxud şikayəti qalmayıb
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR