"Neftçi" gümüş medallarına qovuşdu - FOTOLAR

Topaz Premyer Liqasında 2018/2019-cu illər mövsümünün gümüş mükafatçısı "Neftçi” oldu.
 
Sport7.az xəbər verir ki, bakılılar  sonuncu turda öz meydanında lider "Qarabağ”-a 2-3 yenildilər. Formal xarakter daşıyan görüşdə əzəli rəqibə məğlubiyyətə baxmayaraq Roberto Bordinin yetirmələri yekunda 58 xalla turnir cədvəlində 2-ci oldular. Görüş başa çatandan sonra baş tutan mükafatlandırma mərasimində klubun futbolçuları, texniki heyət və rəhbərliyi gümüş medallarla təltif olundu. Onlara mükafatı AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov təqdim etdilər.

Mükafatlandırma mərasimindən fotoları təqdim edirik:
 



























 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR