"Neftçi" hazırdı

"Neftçi” Topaz Premyer Liqasının 11-ci turunda qarşılaşacağı "Zirə” ilə oyunun hazırlığını başa vurub.
 
Sport7.az xəbər verir ki, komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə oyunöncəsi son məşqə çıxıb. Məşqdə zədəli Ruslan Abışov və Məhəmməd Mirzəbəyovdan başqa bütün futbolçular iştirak ediblər.

"Bakcell Arena”da baş tutacaq "Neftçi” – "Zirə” matçı sabah saat 19:30-da start götürəcək. Qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN olan oyun biletlərini "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
 
Sport7.az

Xəbər lenti