"Neftçi" hücumçusu ilə vidalaşdı

"Neftçi” futbolçusu Prins İbara ilə yollarını ayırıb.

Sport7.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı konqolu hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Qeyd edək ki, sentyabrda icarə əsasında "Neftçi”yə keçən Prins İbara "ağ-qaralar"ın heyətində 8 oyunda meydana çıxıb və 1 qol vurub. O, müqavilə ilə Belçikanın "Birşot” klubuna məxsusdur.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR