Premyer Liqada yenə ikihakimiyyətlilik yarandı - YENİLƏNİB

Premyer Liqada yenə ikihakimiyyətlilik yarandı - YENİLƏNİB

Bu gün Azərbaycan çempionatının 21-ci turu keçirilib.

Sport7.az xəbər verir ki, milli komandaların oyunu ilə əlaqədar bütün görüşlər eyni gündə keçirilib və bununla da 3-cü dövrəyə yekun vurulub. Oyunlara gəlincə "Sabah" "Əlincə Arena"da "Sumqayıt"ı qəbul edib. "Gənclik şəhəri" təmsilçisi 40-cı dəqiqədə hesabda irəli çıxsa da bu üstünlüyü qoruyub saxlaya bilməyib. İkinci hissədə bərabərlik qolunu vuran "Sabah" rəqibinin qələbəsini əngəlləməyi bacarıb. 
 
"Zirə" isə "Keşlə"ni məğlub edərək xallarının sayını 22-yə yüksəldib, eyni zamanda Tərlan Əhmədovun komandasının qarşısında mövqeyini bir qədər də bərkidib. 
 
"Qarabağ" Aftandil Hacıyevin baş məşqçisi olduğu "Səbail"lə "Bayıl Arena"da qarşılaşıb. Matçda Kintananın baxımlı qolu ilə hesabda önə çıxan "Qarabağ" ilk hissənin bitməsinə az qalmış qapısında qol görüb. Ancaq ikinci hissədə Almeydanın dəqiq yerinə yetirdiyi penalti sayəsində üstünlüyü bərpa edib. Matçın sonuna qədər rəqəmlər dəyişmədiyindən "Qarabağ" bu görüşdən qələbə ilə ayrılaraq xallarının sayını 45-ə yüksəldib.
 
Günün son matçında "Qəbələ"ni qəbul edən "Neftçi" də xal itkisi ilə üzləşib. Düzdü oyun zamanı hesabda önə çıxsa da bu üstünlüyü sonadək qoruyub saxlaya bilməyib. "Qəbələ" ikinci hissədə Stiven Monrozun qolu sayəsində hesabı bərabərləşdirib. Nəticədə liderliyini qorumaq üçün qələbə qazanmaq istəyən "Neftçi" xal ititrb. Bordinin komandası turnir cədvəlinin zirvəsində olsa da onları qarabaqara izləyən "Qarabağ"la eyni xala malikdi və hazırda ikihakimiyyətlilik yaranıb. Bu da o anlama gəlir ki, Premyer Liqada hazırda davam edən intiriqanın ömrü bir qədər də uzanıb.  

Azərbaycan Premyer Liqası, 21-ci tur

15 mart (cümə)

"Sabah” – "Sumqayıt” 1:1
(Elvin Məmmədov, 40, Rəşad Eyubov, 77) 

"Sabah”: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 91. Coşqun Diniyev, 17. Təmkin Xəlilzadə, 7. Rəşad Eyubov, 10. Cavid İmamverdiyev (k), 13. Filip İvanoviç, 25. Vanderson Silva, 15. Erik Ramos, 9. Marko Deviç, 11. Elgün Nəbiyev
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 21. Novruz Məmmədov, 19. Məqsəd İsayev, 6. Vadim Abdullayev, 4. Tərzin Cahangirov, 27. Bəxtiyar Soltanov, 22. Miloş Bosançiç, 33. Eltun Turabov, 88. Elçin Əsədov, 42. Reza Biqdelo,
Baş məşqçi: Elşad Əhmədov
 
"Sumqayıt”: 12. Rəşad Əzizli, 21. Arif Daşdəmirov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 60. Elvin Məmmədov, 10. Aleksey İsayev, 17. Nicat Qurbanov, 5. Adil Nağıyev, 8. Peyman Babayi, 74. Yusif Nəbiyev 
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 22. Əfran İsmayılov, 7. Cavid Tağıyev, 11. Atilla Yıldırım, 34. Elvin Bədəlov, 9. Ehtiram Şahverdiyev, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 18. Süleyman Əhmədov
Məşqçi: Elnur Çodarov

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
"Əlincə Arena”, 16:00

"Zirə” – "Keşlə” 2:0
(Xulio Sezar Rodrigez, 68, 79) 

"Zirə”: 85. Kamal Bayramov (k), 2. İlkin Qırtımov, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake, 11. Dilan Duventru, 91. Bilal Həmdi, 9. Aleksandr Dedov, 23. Mfo Kqasvane, 18. Xulio Sezar Rodriqez, 38. İlkin Muradov
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 39. Sadiq Quliyev, 8. Kamal Mirzəyev, 6. Vüqar Mustafayev, 77. Mirsahib Abbasov, 26. Miloş Radivoyeviç, 10. Sadio Tounkara, 20. Fofana İsmael, 48. Şafik Tiqrudja, 3. Budaq Nəsirov, 99. Rafael Məhərrəmli
Baş məşqçi: Samir Abasov

"Keşlə”: 30. Davud Kərimi, 19. Azər Salahlı, 33. Tərlan Quliyev (k), 4. Slavik Alxasov, 3. Denis Silva, 22. Nikola Mitroviç, 23. Conatan Ayite, 25. Con Kamara, 32. Valeri Kutsenko, 65. Cabir Əmirli, 11. Vüsal İsgəndərli
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 18. Ruslan Əmircanov, 8. Seymur Əsədov, 10. Ruslan Nəsirli, 24. Fuad Bayramov, 9. Amil Yunanov, 17. Samir Məsimov, 21. Angelo Pena, 66. Murad Qayalı, 78. Elmir Rəhimzadə, 91. Nurlan Quliyev
Baş məşqçi: Tərlan Əhmədov

Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Rauf Allahverdiyev 
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev  
Zirə İdman Kompleksinin stadionu, 16:00 (pfl.az/canlı) 

"Səbail” – "Qarabağ” 1:2
(Dani Kintana, 34, Ağabala Ramazanov, 42, Almeyda, 76) 

"Səbail”: 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 33. Tome Kitanovski, 99. Jarjue Maudo, 8. Yevgeni Koçuk, 27. Emil Martinov, 28. Kevin Kubemba, 7. Fəhmin Muradbəyli 
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 5. Vüqar Bəybalayev, 11. Ruslan Qurbanov, 4. Enrike Perilyo, 3. Tamazi Tsetsxladze, 21. Akpoveta Oke, 9. İmanol İriberri, 18. Aqşin Qurbanlı, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev

"Qarabağ”: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 6. Simeon Slavçev, 77. Donald Gerye, 19. Filip Ozobiç, 10. Dani Kintana, 11. Mahir Mədətov
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 1. Hannes Halldorsson, 30. Abbas Hüseynov, 14. Rəşad Sadıqov, 9. Araz Abdullayev, 2. Qara Qarayev, 52. Yakub Jezniçak, 25. Ansi Aqolli, 8. Markos Madeyra, 99. Reynaldo Silva, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı 
Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Namiq Hüseynov, Rəhim Həsənov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Nihad Məmmədov 
"Bayıl Arena”, 16:45 (CBC Sport/canlı)

"Neftçi” – "Qəbələ” 1:1
(Mamadu Mbodj, 54, Stiven Monroz, 72) 

"Neftçi”: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 8. Emin Mahmudov (k), 7. Namiq Ələsgərov, 25. Kiril Petrov, 6. Qoran Paratski, 93. Soni Mustivar, 3. Mamadu Mbodj, 11. Vangelis Platellas, 16. Canluka Sansone, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 21. Məhəmməd Mirzəbəyov, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 36. Mamadu Kane, 4. Petru Raku, 5. Anton Krivotsyuk, 70. Əli Şirinov
Baş məşqçi: Roberto Bordin

"Qəbələ”: 22. Dmitri Bezotosnı, 5. Rasim Ramaldanov, 34. Urfan Abbasov, 18. İlqar Qurbanov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 9. Davit Volkov, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 11. Asif Məmmədov, 21. Atakora Lalavele, 88. Sabien Lilay, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov
Baş məşqçi: Zaur Həşimov

Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Etibar Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli 
"Bakcell Arena”, 19:00 (CBC Sport/canlı)

 
N Klublar O Q H M T-F X
1 Neftçi 21 13 6 2 36-15 45
2 Qarabağ 21 13 6 2 41-18 45
3 Səbail 21 9 4 8 24-21 31
4 Qəbələ 21 7 8 6 24-23 29
5 Sabah 21 6 4 11 16-30 22
6 Zirə 21 5 7 9 18-28 22
7 Keşlə 21 5 4 12 21-32 19
8 Sumqayıt 21 4 5 12 16-29 17
 
Bombardir: Baqali Dabo ("Neftçi") - 9 qol
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR