"Neftçi" son anda məğlubiyyətdən xilas oldu - YENİLƏNDİ

Bu gün Avroliqada 3-cü təsnifat mərhələsi çərçivəsində ilk görüşlərə start verilib.
 
Sport7.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Neftçi" də növbəti sınağına çıxıb. Premyer Liqanın gümüş medalçısı "Bakcell Arena"da İsrail komandası "Bney Yehuda" ilə qarşılaşıb.
 
Roberto Bordinin komandası 26 və 36-cı dəqiqələrdə buraxdığı qollarla hesabda geri düşüb. Ancaq buna baxmayaraq, ilk hissənin sonlarına yaxın 1 qol vurmağı bacaran "Neftçi" matçı uduzmayıb. Belə ki, matça əlavə olunmuş 7-ci dəqiqədə Namik Ələskərovun qolu komandanı son anda məğlubiyyətdən xilas edib. Beləliklə bakılılar Avroliqanın 3-cü təsnifat mərhələsində ilk görüşünü qollu heç-heçə ilə başa vurub - 2:2.  
 
Avropa Liqası

3-cü təsnifat mərhələsi, ilk oyun
 
21:00. "Neftçi” – "Bney Yehuda” (İsrail) 2:2
(Tambi Saqas, 26, Məhəmməd Qadir, 36, Stiven Monroz, 43, Namik Ələskərov, 90+7) 

"Neftçi": 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 11. Vangelis Platellas, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namiq Ələsgərov, 9. Baqali Dabo, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 36. Mamadu Kane.
Baş məşqçi: Roberto Bordin.

"Bney Yehuda": 1. Emiliyus Zubas, 3. Dan Mori (k), 5. Daniel Feltser, 6. Amir Rustom, 8. Şey Mazor, 9. Dor Jan, 11. Məhəmməd Qadir, 16. Avişay Kohen, 19. Vafuqossani İsmaila Soro, 21. Tambi Saqas, 24. Alban Pnişi.
Ehtiyat oyunçular: 55. Yehonatan Şabi, 4. Paz Ben Ari, 7. Dor Koçav, 15. Ariel Lazmi, 23. Ben Şimoni, 26. Roey Ben Şimon, 77. Şemor Tsaadon.
Baş məşqçi: Yosef Abuksis.

Hakimlər: Kərim Abed, Hiçam Zakrani Mikael Berçebru, Floran Batta (Fransa)
UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya)
Hakim-inspektor: Kyell Alset (Norveç)
Bakı, "Bakcell Arena”
 
Sport7.az

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR