"Neftçi" Kazbek Tuayevi təbrik etdi, amma...

"Neftçi”nin veteran futbolçusu, sabiq baş məşqçisi Kazbek Tuayev bugünlərdə 80 yaşını qeyd edib.

Sport7.az xəbər verir ki, bu münasibətlə "Neftçi”nin baş məşqçisi Samir Abasov yubilyarı iş yerində ziyarət edib, ona klub adından təbriklər və ən xoş arzularını çatdırıb.

Bu barədə "Neftçi”nin rəsmi saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hazırda Azərbaycan Futbol Məşqçiləri İttifaqının sədri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan Kazbek Tuayev 1961-1971-ci illər ərzində "Neftçi”nin heyətində 298 oyun keçirib, 60 qol vurub, 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanıb. 1983-1984, 1991, 1996-1997, 1998, 2001-2004-cü illərdə "Neftçi”nin baş məşqçisi olmuş Tuayev 1995/1996, 1996/1997 və 2003/2004 mövsümlərində komandamıza ölkə çempionluğunu, 1995/1996, 2003/2004 mövsümlərində isə ölkə kubokunu qazandırıb. O, 1995-1997, 2002-ci illərdə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində çalışıb.

Maraqlıdı ki, ölkədə karantin rejiminin sərtləşdirildiyi, 65 yaşdan yuxarı şəxslərin evdə qalmağa çağrıldığı, maska taxmağın açıq havada belə zərurətə çevrildiyi bir məqamda təltifetmə mərasimi sosial məsafə qaydalarının pozulması və maska taxılmamasıyla müşayət olunub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR