"Neftçi" paytaxt duelinin hazırlıqlarına başladı

"Neftçi” Premyer Liqanın 11-ci turunda qarşılaşacağı "Keşlə” ilə matçın hazırlığına start verib.
 
Sport7.az xəbər veri ki, "Qarabağ”la oyundan (0:0) sonra iki günlük istirahətə buraxılan komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Məşqdə toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Hazırlıq sabah iki məşqlə davam edəcək.

Noyabrın 9-u "ASCO Arena”da keçiriləcək "Keşlə” – "Neftçi” oyunu saat 17:00-da başlanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR