"Neftçi" PFL-in "faiz"ini ödəyibmi? - PFL-dən açıqlama

Klublarımız bilet satışından əldə olunan gəlirdən Peşəkar Futbol Liqasına ( PFL) faiz ödəyir. 

Azərbaycan Premyer Liqasında son - 28-ci turunda "Neftçi" "Qarabağ"la oyuna biletləri rekord qiymətə - 50 manata satışa çıxarmışdı. 

Maraqlıdır, klublar PFL-ə nə qədər ödəniş edir? "Neftçi" son oyundakı qazancla bağlı PFL-ə məlumat veribmi, faiz hesablanıb alınacaqmı?

Bu sualları PFL-in mətbuat katibi Aslan Şahgəldiyevə ünvanladıq. 

Qurum sözcüsü Sport7.az-a açıqlamasında klubların bilet satışından əldə etdikləri gəlirin 4 %-ini PFL-ə ödədiyini bildirib. 

Ancaq "Neftçi" hələki "Qarabağ"la oyuna satılan biletlərin qazancını hesablayıb PFL-ə təqdim etməyib: "Məbləğ hesablanacaq. Satılan biletlər, qalan biletlər göstəriləcək. Bildiyiniz kimi, biletlər 3 hissədən ibarət olur: kötüyü, özü və nəzarət hissəsi. Kötük hissə və ya yerdə qalan hissə sayılır. Pulsuz , dəvətnamə və ya skybox kimi verilənlər çıxarılacaq. Əldə olunan gəlirin 4 faizi PFL-ə ödəniləcək". 

Xatırladaq ki, "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyev saytımıza açıqlamasında "Neftçi" - "Qarabağ" oyununda 700 biletin "Qarabağ" azarkeşlərinə, təxminən onun yarısı qədərinin isə, neytral izləyicilər və "Neftçi" azarkeşlərinə satıldığını bildirmişdi. Biletlərin qiymətinin 50 manat olduğu açıqlandıqdan sonra "Qarabağ" "Neftçi"dən öz azarkeşləri üçün 35 minlik bilet almışdı. 

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR