“Neftçi” – “Qalatasaray” oyununu hansı kanallar göstərəcək?

“Neftçi” – “Qalatasaray” oyununu hansı kanallar göstərəcək?

İki gün sonra Bakı Olimpiya Stadionunda tarixi qarşılaşma keçiriləcək.

Sport7.az xəbər verir ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi” İstanbul klubu "Qalatasaray”ı qəbul edəcək.

Görüş Bakı vaxtıyla saat 21:00-da start götürəcək. Əsas vaxtda qalib müəyyənləşməsə, oyunda əlavə vaxt oynanılacaq. Bu zaman da qalibi müəyyən etmək mümkün olmasa, penalti vuruşlarına ehtiyac duyulacaq.

Tarixi görüşü Azərbaycanda "CBC Sport” vasitəsiylə canlı izləmək mümkündü. Türkidə isə yayım hüququ "Smart Spor HD” və "Spor Smart” kanallarına məxsusdu. Qardaş ölkədən Bakıya 40-a yaxın jurnalistin gələcəyi, türkiyəli şərhçilərin və ekspert qrupunun oyunu stadionda şərh etməsi gözlənilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR