"Neftçi" qapıçısı ilə müqavilə müddətini uzatdı

"Neftçi” klubu daha bir oyunçusu ilə müqavilənin müddətini uzadıb.

Sport7.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Aqil Məmmədovla anlaşma daha 2 illiyə artırılıb. Təcrübəli qolkiper 2021/2022-ci illər mövsümünün sonunadək "ağ-qara” forma geyinəcək.

Qeyd edək ki, bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov, Ömər Buludov, Kamran İbrahimov və Rəhman Hacıyev də yeni anlaşmaya imza atıb.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR