"Neftçi" qapıçısı ilə müqaviləni yenilədi

"Neftçi” klubu daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.

Sport7.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Kamran İbrahimovla anlaşma daha 2 il artırılıb. 20 yaşlı qolkiper 2022-ci il mayın sonunadək "ağ-qaralar”ın formasını geyinəcək.

Qeyd edək ki, bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov və Ömər Buludov da yeni anlaşmaya imza atıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR