"Neftçi" "Qarabağ" üçün Ruslan və Mustivarsız hazırlaşır - FOTOLAR

"Neftçi" Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində baş tutacaq "Qarabağ"la matça hazırlıqlarını davam etdirir.
 
Sport7.az xəbər verir ki, komanda "Türk Hava Yolları Futbol Mərkəzi"ndə növbəti məşqinə çıxıb. Hazırlıq prosesində Ruslan Abışov və ayağında yüngül ağrılar hiss edən Soni Mustivar iştirak etməyiblər. Əvəzində müalicəsini başa vuran Rəşad Eyubov və "Qəbələ” ilə oyundan sonra yüngül zədəsi olan Məhəmməd Mirzəbəyov komanda ilə birlikdə hazırlaşıblar. Hazırlıq bu gün də bir məşqlə davam edəcək.

Avqustun 26-da "Azərsun Arena”da keçirəcək "Qarabağ” – "Neftçi” oyunu saat 20:30-da başlanacaq.
 












 
Sport7.az

Xəbər lenti