Mövsümün ilk qələbəsi "Qarabağ"dan gəldi - YENİLƏNDİ

Mövsümün ilk qələbəsi

Bu Azərbaycan premyer-liqasına start verilib.

 

Sport7.az xəbər verir ki,  ilk oyun günündə "Neftçi” – "Qarabağ” matçı keçirilib.

 

Bu görüş komandalar arasındakı 69-cu oyun olub. Maraqlıdı ki, indiyə qədər baş tutmuş 68 oyunun 18-də heç-heçə qeydə alınıb. Digər 50 görüşdə qələbələrin və məğlubiyyətlərin sayı isə bərabərdi. Yəni hər komanda 25 qələbə qazanıb. Top fərqi isə "Qarabağ”ın xeyrinədi – 62-72.

 

Bu gün də "Neftçi"nin "Qarabağ" sindromu qırılmayıb. Matç ağdamlıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Azərbaycan premyer-liqası

 

1-ci tur

 

11 avqust

 

21.00. "Neftçi” – "Qarabağ” 1:3

(Mahir Mədətov, 15, 40, Dino Ndlovu, 62, Rahid Əmirquliyev, 90-öz qapısına) 

  

"Neftçi”: 1. Səlahət Ağayev, 6. Pavel Dreksa, 25. Kiril Petrov, 15. Ruslan Abışov (k), 27. Məqsəd İsayev, 23. Tərzin Cahangirov, 10. Derlis Meza Kolli, 21. Məhəmməd Mirzəbəyov, 7. Namiq Ələsgərov, 97. Elnur Cəfərov, 9. Uqo Barqas

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 53. Maksim Vaylo, 11. İqnasio Herrera, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 12. Daniel Seqovia, 22. Mirabdulla Abbasov, 4. Rahil Məmmədov, 3. Mateo Mujek, 26. Ömər Buludov, 5. Anton Krivotsyuk 

Baş məşqçi:  Elxan Abdullayev

        

"Qarabağ”: 1. Anton Konibalotski, 2. Qara Qarayev (k), 7. Rahid Əmirquliyev, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 3. Turan Manafov, 5. Maksim Medvedev, 21. Arif Daşdəmirov, 23. Elgün Uluxanov, 32. Elvin Yunuszadə, 39. Zaur Fərzəliyev, 88. Elşən Abdullayev, 99. Dani Kintana

Baş məşqçi: Qurban 

 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov

 

Bakı, "Bakcell Arena” stadionu.

 

12 avqust

 

20.00. "İnter” – "Qəbələ”

 

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Asim Xudiyev

Bakı, "İnter Arena” stadionu.

 

13 avqust


19.00. "Zirə” – "Səbail”

 

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Nahid Əliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Rövşən Əhmədov 

Bakı, Zirə İdman Kompleksinin stadionu.

 

21.00 Sumqayıt - Kəpəz

 

Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Rahil Ramazanov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Xaqani Məmmədov 

Sumqayıt, "Kapital Bank Arena” stadionu.

 

Sport7.az

Xəbər lenti