"Neftçi" "Qarabağ"dan əvvəl oynayacaq

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin iştirakçıları bəlli olub. 

Sport7.az xəbər verir ki, ilk oyunlar 15-16 dekabr tarixlərində baş tutacaq. 

15 dekabrda "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Səbail" matçları keçiriləcək. Ayın 16-sın da isə "Qəbələ" - "Sabah" və "Qarabağ" - "Keşlə" görüşləri oynanılacaq. 

19-20 dekabrda isə cavab matçları keçiriləcək. 19 dekabrda "Sumqayıt"- "Neftçi", "Səbail" -  "Zirə", bir gün sonra isə "Sabah" - "Qəbələ" və "Keşlə" -  "Qarabağ" oyunları baş tutacaq. 

Qeyd edək ki, yarımfinal matçları 23 aprel və 1 may 2019-cü il tarixlərinə təsadüf edəcək. 
 
Sport7.az

Xəbər lenti