"Neftçi" - "Qaradağ Lökbatan” matçında qalmaqal

Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinə start verilib. Sport7.az saytının xəbərinə görə, "Neftçi" evdə "Qaradağ Lökbatan"ı qəbul edir.
 
Hazırda İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan matçda qalmaqal yaşanıb və "Neftçi"nin futbolçusu Kaue da Silva 67-ci dəqiqədə qırmızı vərəqə alaraq, meydandan qovulub. O, ayağını tapdalayan rəqib futbolçunun üzərinə gedib, ona sərt şəkildə müdaxilə etdiyi üçün cəzalandırılıb. 

(futbolinfo.az)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR